“Şahdəniz” konsorsiumu başqa cinahdan hasilata başlayıb

11:47 - 6.07.2021


6 iyul, Fineko/abc.az. “Şahdəniz” konsorsiumu bu gün 540 metr dərinlikdə yerləşən Şərq-Cənub cinahından hasilata başlayıb.

ABC.AZ xəbər verir ki, bunu “BP-Azerbaijan” şirkətindən bildiriblər.

Qeyd olunub ki, bu, 2021-ci il üçün planlaşdırılmış və təhlükəsiz və qrafikə uyğun yerinə yetirilmiş mühüm bir layihədir.

Bu dərinsulu cinahdan hasilat dənizdə bütün əlaqədar quraşdırma və istismar sınaqları uğurla başa çatdıqdan sonra 30 iyun 2021-ci il tarixində başlayıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər