SOCAR maliyyə hesabatını açıqladı - Mənffət qazanıb ya zərər edib?

14:52 - 6.07.2021


6 iyul, Fineko/abc.az. Dünya neft sənayesi tarixinin ən təlatümlü dövrü kimi yaddaşlarda qalan 2020-ci ildə SOCAR neft və qaz yataqlarının işlənməsi, karbohidrogenlərin nəqli və satışı seqmentlərində əldə etdiyi müsbət nəticələr hesabına üzləşə biləcəyi xalis zərəri azaltmağa nail olub.

ABC.AZ xəbər verir ki, SOCAR 2020-ci ili 1 milyard 734 milyon manat xalis zərər ilə başa vurub. Halbuki, şirkət 2019-cu ili 651 milyon manat xalis mənfəət ilə bağlamışdı.

SOCAR-ın maliyyə hesabatına əsasən 2019-cu illə müqayisədə şirkətin gəlirləri 41 faiz və ya 34 milyard 145 milyon manat azalaraq 49 milyard 607 milyon manat təşkil edib.

SOCAR 2019-cu ildə 83 milyard 752 milyon manat gəlir əldə etmişdi. 2019-cu ilin sonunda SOCAR-ın cəmi aktivləri 65 milyard 375 milyon manat ikən, 2020-ci ilin sonunadək 64 milyard 155 milyon manata geriləyib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər