“Azərsu” Saatlıda yeni layihə həyata keçirir

15:16 - 6.07.2021


6 iyul, Fineko/abc.az. “Azərsu” ASC Saatlı rayonunun içməli su çatışmazlığından əziyyət çəkən yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihə  həyata keçirir.

Cəmiyyətdən ABC.AZ-a verilən məlumata görə, “Azərsu” daxili imkanları hesabına  Saatlı rayonunun Nərimanov Nərimanov kəndi və 101 ailənin məskunlaşdığı məcburi köçkün qəsəbəsinin keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə yeni layihə həyata keçirir.

Qeyd olunur ki, Saatlı şəhərindəki mərkəzi su anbarından Nərimanov kəndinə qədər 5 km uzunluğunda magistral su kəməri çəkilib. Hazırda kənd ərazisində 5,5 km uzunluğunda paylayıcı şəbəkəsinin tikintisi davam etdirilir.

Ümumilikdə bu layihə hesabına 2 minədək sakinin keyfiyyətli içməli suya çıxışı təmin olunacaq.

 

Bütün xəbərlər