Yoluxanların sayı açıqlandı – Statisika

16:49 - 6.07.2021


6 iyul, Fineko/abc.az. Azərbaycanda sutka ərzində 78 yeni yoluxma hadisəsi aşkarlanıb. Ötən gün isə 62 yoluxma haqıqnda bildirilmişdir.

Nazirlər Kabineti yanında operativ qərargahının məlumatında deyilir ki, bu günə qədər Azərbaycanda koronavirus infeksiyasına 336557 yoluxma halı aşkarlanıb.

Bir gün ərzində 47 nəfər müalicə olunaraq evə buraxılmışdır. Koronavirus infeksiyasından sağalanların ümumi sayı 330513 nəfər təşkil edir.

Sutka ərzində Azərbaycanda koronavirusdan ölən olmayıb, COVİD-19 qurbanlarının ümumi sayı isə 4978 nəfər təşkil edib.

Koronavirus infeksiyasının yeni hallarının aşkarlanması üçün gün ərzində 9952 test keçirilib, pandemiya başlandığı dövrdən isə cəmi 3802992 test edilmişdir. 

Bütün xəbərlər