Neft bahalaşır, Brent barrel başına $74,66 təşkil edir

10:21 - 7.07.2021


7 iyul, Fineko/abc.az. Etalon markaların qiymətləri ötən gün düşdükdən sonra çərşənbə günü hərracında artır.

Saat 9:45-də London ICE Futures birjasında ticarət üzrə Brent neftinin sentyabr fyuçersi $0,13 (0,17%), barrel başına $74,66 qədər yüksəldi. İyulun 6-da baş tutmuş ticarətin nəticələrinə görə, Brent neftinin sentyabr ayı fyuçersi $2,63 (3,41%) – barrel başına $74,53-ə düşüb.

Saat 9:45-də Nyu-York əmtəə birjasında (NYMEX) keçirilən hərracda WTI-nin avqust fyuçersinin qiyməti 0,19 (0,26%) - barel başına $73,56-a qədər artıb. 6 iyul ayının nəticələrinə görə, avqust ayına olan fyuçers qiyməti 1,95 (2,59%) – bir barrelə $73,37-a düşdü.

 

Bütün xəbərlər