Millət vəkili turizm şirkətlərini qiymətləri bahalaşdırmaqda qınadı

11:42 - 7.07.2021


7 iyul, Fineko/abc.az. Karantin qaydaları yumşaldıqdan sonra dincəlmək üçün bölgələrə getmək istəyənlərin sayında ciddi artımlar müşahidə edilir.

ABC.AZ xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov bildirib. Millət vəkili qeyd edib ki, bölgələrdə olan turizm obyektləri qiymətləri pandemiyadan əvvəlki dövrü ilə müqayisədə xeyli yüksəldiblər:

“Bu isə məzuniyyətlərini rayonlarda keçirmək istəyənlər üçün ciddi çətinliklər yaradır. Turizm xidmətlərində qiymət artımların səbəbləri iqtisadi baxımdan aydın olmasa da, bir sıra sahibkarların pandemiyadan sonra “daha qısa zamanda daha çox gəlir” prinsipi ilə işləməsi danılmazdır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, turizm gəlirlərinin əhəmiyyətli hissəsi daxili turizmin payına düşür. Avropa Birliyində turizm gəlirlərinin 80 faizini daxili turizm hesabına formalaşdırır. Amma bizdə qiymətlərin yüksəlməsi daxili turizmdə imkanları xeyili məhdudlaşdırır”.

Müəllif: Elmir Murad

Bütün xəbərlər