Asiya İnkişaf Bankı Azərbaycana 250 milyon dollar kredit ayrılışını təsdiq edib

11:55 - 7.07.2021


7 iyul, Fineko/abc.az. Azərbaycana Çərşənbə günü Asiya İnkişaf Bankı COVİD-19 koronavirus infeksiyasının əlverişsiz tibbi, sosial və iqtisadi nəticələrinin yumşaldılması üzrə ətraflı planın reallaşdırılmasına imkan yaratmaq məqsədilə Azərbaycan hökumətinə $250 milyon məbləğində kreditin ayrılmasını təsdiq edib.

ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, “COVİD-19 pndemiyasının nəticələri Azərbaycanın öz iqtisadiyyatının yaxşılaşdırılması və yoxsulluğun azalmasında əldə etdiyi mühüm nailiyyətləri qüvvədən salır. AİB Azərbaycana dəstək göstərməyə sadiqdir və bu kredit proqramı hökumətə pandemiyaya reaksiya tədbirlərini dəstəkləməyə, əhalinin zəif təbəqələrini müdafiə etməyə və iqtisadiyyatın bərpası üçün təməl qoymağa yardım edəcək” deyə AİB-nin prezidenti Masatsuqu Asakavan deyib. 

Məlumatda qeyd olunur ki, 2020-ci ildə Azərbaycan hökuməti tərəfindən infeksiyanın yayılmasına qarşı görülən tədbirlər ticarət, turizm, pul köçürmələrinin həcmi və istehlak tələbatı sahələrində müəyyən azalmaya gətirib, eyni zamanda, 2020-ci ildə neft gəlirləri qlobal iqtisadi azalmaya görə azalıb.

 

Bütün xəbərlər