Pandemiya 114 milyon insanın işini itirməsinə səbəb olub

16:21 - 7.07.2021


7 iyul, Fineko/abc.az. Koronavirus pandemiyası səbəbindən 2020-ci ildə qlobal miqyasda işini itirənlərin sayı 2019-cu illə müqayisədə 114 milyon nəfər olub.

ABC.AZ xəbər verir ki, bu rəqəmlər  37 ölkəni birləşdirən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 2021-ci il üzrə Məşğulluq Proqnozu Hesabatında öz əksini tapıb.

OECD ölkələrində iqtisadiyyatın canlanması nəticəsində iş yerlərinin bir hissəsi bərpa olunsa da, 2021-ci ilin mayında işsiz insanların sayı 43,5 milyon nəfər təşkil edib.

Bu isə 2020-c ilin fevralı ilə müqayisədə 8,1 milyon nəfər çoxdur. İşsizlik faizi may ayında 6,6% olub (pandemiyadan əvvəlki səviyyədən 2,2% çox).

Müəllif: Elmir Murad

Bütün xəbərlər