Biznes kreditləri üçün 847 müraciət olub - Nazir

16:53 - 7.07.2021


7 iyul, Fineko/abc.az. Zəmanət subsidiya mexanizmi çərçivəsində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2021-ci ilin ilk 5 ayı ərzində Elektron Kredit Platforması üzərindən kredit tələbatı 224,1 milyon manat olan 847 müraciət üzrə yeni biznes kreditlərinə 129,7 milyon manat məbləğində dövlət zəmanəti verilib.

ABC.AZ-ın məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Xatırladaq ki, ötən ilin 30 iyun tarixində İqtisadiyyat Nazirliyi sahibkarlar üçün Elektron Kredit Platformasını (e-edf.gov.az) təqdim edib.

 

Bütün xəbərlər