Türk peyvəndi Azərbaycanda sınaqdan keçiriləcək

11:37 - 8.07.2021


8 iyul, Fineko/abc.az. "TURKOVAC"ın üçüncü fazası üzrə ölkə xaricində fəaliyyətimiz sürətlə davam edir".

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə Türk Sağlamlıq İnstitutlarının prezidenti Ərhan Akdoğan paylaşım edib.

“Bu çərçivədə dost və qardaş ölkə Azərbaycanla danışıqlarımız sürətlə davam edir”.

Qeyd edək ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca "TURKOVAC"ın 3-cü faza sınaqlarının Macarıstan, Azərbaycan və Qırğızıstanda da aparılacağını bildirmişdi.

 

Bütün xəbərlər