Gömrük tarifləri azaldılacaq?

11:51 - 8.07.2021


8 iyul, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin rəhbərliyi və “Caspian Energy Club”un üzvləri arasında onlayn formatda görüş keçirilib.

ABC.AZ xəbər verir ki, görüşdə komitə sədrinin birinci müavini İsmayıl Hüseynov bildirib ki, gömrükdə aparılan islahatların davamı olaraq cari ildə yeni Gömrük Məcəlləsinin qəbulu gözlənilir.

Sədr müavini bildirib ki, kölgə iqtisadiyyatı ilə mübarizə tədbirlərinin genişləndirilməsi, rəqəmsal gömrük sisteminin formalaşdırılması, tarif nomenklaturunun təkmilləşdirilməsi də davam etdiriləcək.

Digər tərəfdən, yeni gömrük sərhəd-keçid məntəqələrinin tikintisi və yenidən qurulması, müasir texniki nəzarət vasitələrinin alınması və quraşdırılması, innovativ texnologiyaların tətbiqi, kiçik və orta sahibkarlıqla bağlı dəstək layihələrinin icrası davam etdiriləcək.

Müəllif: Elmir Murad

Bütün xəbərlər