Yoluxanların sayı azaldı - 1 nəfər öldü

16:59 - 8.07.2021


8 iyul, Fineko/abc.az. Azərbaycanda sutka ərzində 104 yeni yoluxma halı aşkarlanıb. Ötən gün isə 127 yoluxma haqıqnda bildirilmişdir.

Nazirlər Kabineti yanında operativ qərargahının məlumatında deyilir ki, bu günə qədər Azərbaycanda koronavirus infeksiyasına 336788 yoluxma halı aşkarlanıb.

Bir gün ərzində 39 nəfər müalicə olunaraq evə buraxılmışdır. Koronavirus infeksiyasından sağalanların ümumi sayı 330606 nəfər təşkil edir.

Sutka ərzində Azərbaycanda koronavirusdan 1 nəfər vəfat edib, COVİD-19 qurbanlarının ümumi sayı isə 4980 nəfər təşkil edib.

Koronavirus infeksiyasının yeni hallarının aşkarlanması üçün gün ərzində 8709 test keçirilib, pandemiya başlandığı dövrdən isə cəmi 3821726 test edilmişdir.

Bütün xəbərlər