Azərbaycandan Gürcüstana gedənlərin sayı kəskin azalıb

11:28 - 9.07.2021


9 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Gürcüstana 29 205 nəfər səfər edib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrünə nisbətdə 242 401 nəfər və yaxud 89,2 % azdır.

Təkcə iyun ayında isə qonşu ölkə Azərbaycandan 6 900 nəfər ziyarətçi qəbul edib ki, bu da illik müqayisədə 3 310 nəfər və yaxud 92,2 % çoxdur.

Ötən ay Gürcüstana 156 189, bu ilin I yarısında isə 486 014 nəfər (-66,4 %) beynəlxalq ziyarətçi səfərə yollanıb.

 

Bütün xəbərlər