“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik olundu

11:57 - 9.07.2021


9 iyul, Fineko/abc.az. Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

ABC.AZ xəbər verir ki, dəyişikliklə qanuna yeni maddə də əlavə edilir.

Əlavəyə görə, özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün şəhadətnamənin verilməsinə görə 100 manat dövlət rüsumu müəyyən olunur.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

 

Bütün xəbərlər