Evlərə ağıllı sayğac qoyulacaq - Məsələni deputatlar müzakirə edib

15:29 - 9.07.2021


9 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bu gün Milli Məclisin iclası keçirilib.

ABC.AZ-ın məlumatına görə, iclasda bir sıra məsələlərin müzakirələri zaman enerji təchizatçıları ilə bağlı nüansa da toxunulub.

Qeyd olunub ki, elektrik enerjisi, təbii qaz, mərkəzi isitmə və soyutma təchizatı və isti məişət suyunun istehlakçılarını ağıllı sayğaclarla təchiz edəcək. İclasda üçüncü oxunuşda müzakirəyə çıxarılan “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsində qeyd olunur ki, binaların istilik enerjisi ilə təchizatı mərkəzləşdirilmiş qaydada həyata keçirildikdə qoşulma nöqtəsində istilik və isti su sayğacı quraşdırılacaq.

 

Bütün xəbərlər