BP: Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,5 trln. kubmetr təşkil edir

09.07.2021,17:21


9 iyul, Fineko/abc.az. Böyük Britaniyanın BP şirkəti Azərbaycanda təsdiq olunmuş qaz ehtiyatları üzrə qiymətləndirilməsini dəyişməyib.

ABC.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə BP-nin illik icmalında qeyd olunub.

Məlumata görə, 2020-ci ilin sonuna Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,5 trln. kubmetr təşkil edib ki, bu da 2019-cu ilin göstəricisinə bərabərdir.