DSMF-nin gəlirləri artıb - 2 faizdən çox

10:52 - 12.07.2021


12 iyul, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2021-ci ilin birinci yarımilində 2 mlrd. 614,2 mln. manat təşkil edib.

Nazirlikdən ABC.AZ-a verilən məlumata görə, bu ötən ilin müvafiq dövrünə nisbətən 2,21% (57 mln. manat) artım deməkdir.

DSMF gəlirlərinin tərkibində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar isə 7,88% (134,12 mln. manat) artaraq 1 mlrd. 836,85 mln. manat olub.

Daxilolmalara dair illik proqnoz büdcə təşkilatları üzrə 104,54%, qeyri-büdcə sektoru üzrə 114,42% icra edilib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər