Yeni Hayat daha bir layihəsini uğurla tamamlayır

09:58 - 29.03.2018


Grand Hayat-ın sakinlərinə mənzillərinin açarları təqdim edilir.

Ölkənin inşaat sektorunun ən öncül şirkətlərindən olan Yeni Hayat Şirkətlər Qrupu növbəti uğurlu layihəsi olan Grand Hayat yaşayış kompleksində mənzillərin mərhələli olaraq sakinlərə təhvilinə start verib. 

Belə ki, Bakının infrastruktur baxımdan ən əlverişli ərazilərindən biri hesab edilən Tbilisi pr., 1054 ünvanında inşa edilmiş Grand Hayat yaşayış kompleksində hazırda son tamamlanma işləri həyata keçirilir və artıq martın 27-dən etibarən Grand Hayat kompleksində 1-ci və 2-ci blokların sakinlərinə mənzil açarlarının təqdim edilməsinə başlanılıb.

Qeyd edək ki, mənzillərdə təmir işlərinin rahat və təhlükəsiz aparılması üçün Grand Hayat MTK tərəfindən xüsusi şərait yaradılacaq ki, bunun nəticəsində şakinlər xüsusi tərtib olunmuş qrafikə uyğun olaraq yükdaşıma və təmir işlərini maneəsiz həyata keçirə biləcəklər.

15 ildir ki, öz yenilikçi ideyaları və novatorluğu ilə fərqlənən Yeni Hayat Şirkətlər Qrupu MMC fəaliyyəti dövründə bir sıra genişmiqyaslı innovativ layihələr gerçəkləşdirib ki, onların da hər biri öz memari ideyası və icrasına görə şəhərimizdə iz qoyacaq və gələcək nəsillərə layiqli miras olacaq binalardır.

Şirkətin digər layihələrində olduğu kimi, Grand Hayat-ın da ərsəyə gətirilməsi zamanı əsas meyar – yüksək keyfiyyət, dəqiq mühəndislik hesablamaları, insanların lazımi ehtiyaclarını ödəyəcək bütün növ xidmətləri vahid məkanda cəmləşdirmək, onları modern və yüksək keyfiyyətli yaşayış mənzilləri ilə təmin etmək olub.

Qeyd edək ki, bu möhtəşəm kompleks “7S” keyfiyyət standartlarına əsasən inşa olunmaqla yanaşı, müasir həyatın bütün elementlərini və komfortlu yaşam tərzini özündə birləşdirir: 1S - binalara tam xidmət, 2S - təmirli mənzillər, 3S - həyətyanı istirahət parkı, 4S - hipermarket, 5S - idman və sağlamlıq mərkəzi, 6S - uşaq bağçası və məktəbəqədər təhsil, 7S - əyləncə mərkəzi. 

Mənzillərin satışı ilə bağlı ətraflı məlumat üçün şirkətin satış mərkəzinə (Nobel pr.15, Megafun AVM 1-ci mərtəbə) və bilavasitə Grand Hayat kompleksində təşkil olunmuş təqdimat ofisinə (Tbilisi pr.1054) təşrif buyura, eləcə də 922 Məlumat mərkəzinə zəng edə bilərsiniz.   

Grand Hayat öz sakinlərini xəyallardakı komforta və rahat yaşam tərzinə qovuşduracaq!

www.grandhayat.az

Məlumat mərkəzi: 922.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bütün xəbərlər