Azərbaycanlılar Türkiyədə mənzil alışını artırıb

12:16 - 12.07.2021


12 iyul, Fineko/abc.az. 2021-ci ilin yanvar-iyun aylarında azərbaycanlılar Türkiyədə 593 mənzil alıblar.

ABC.AZ xəbər verir ki, bunu Türkiyənin Statistika Komitəsindən bildiriblər.

Hesabata əsasən, bu 2020-ci ilin eyni dövrünə nisbətdə 162 mənzil çox deməkdir.

Belə ki, ötən ilin analoji dövründə azərbaycanlılar Türkiyədə 431 mənzil almışdılar.

Azərbaycanlılar Türkiyədə 2021-ci ilin yanvar ayında 68 mənzil, fevral ayında 77 mənzil, mart ayında 106 mənzil, aprel ayında 131 mənzil, may ayında 47 mənzil, iyun ayında isə 164 mənzil alıblar.

Ötən ilin eyni aylarında say müvafiq olaraq 99, 90, 95,35, 42 və 70 mənzil olmuşdu.

Qeyd edək ki, azərbaycanlılar Türkiyədə mənzil alan xaricilər arasında 8-ci yerdədir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər