İlham Əliyev Tacikistana dəvət edilib

14:12 - 12.07.2021


12 iyul, Fineko/abc.az. Tacikistanın dövlət başçısı Prezident İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib.

ABC.AZ xəbər verir ki, dəvət iyulun 12-də Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında baş tutan telefonla danışığında edilib.

Azərbaycan Prezidenti dəvəti minnətdarlıqla qəbul edib.

Səfərin vaxtı diplomatik kanallarla razılaşdırılacaq.

 

Bütün xəbərlər