MTRŞ iki radioya qadağa qoydu - Yayımları müvəqqəti dayandı

14:56 - 12.07.2021


12 iyul, Fineko/abc.az. Milli Televiziya və Radio Şurasının onlayn formatda iclası keçirilib.

ABC.AZ-ın məlumatına görə, iclasda 25 iyun – 9 iyul 2021-ci il tarixlərində ümum-ölkə radio kanallarının monitorinqinin nəticələri müzakirə olunub.

30 iyun 2021-ci il tarixdə "Araz" radio kanalının efirində saat 13.00 – 14.00 arası müddətdə 5 dəqiqə 30 saniyə sponsor reklamının yayımlanması ilə "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 13.2-ci maddəsinin tələbləri pozulub.

Şura 18 iyul 2021-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 21:00-dan saat 24:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

Həmçinin, 1 iyul 2021-ci il tarixdə "Space" radio kanalının efirində saat 08.00 – 09.00 arası müddətdə 5 dəqiqə sponsor reklamının yayımlanması ilə tələblər pozulub.

Şura "Space" radio kanalının efirində 17 iyul 2021-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 21:00-dan saat 24:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər