Agentlik 1 milyon manata yaxın məbləğə kompüterlər alır

16:29 - 12.07.2021


12 iyul, Fineko/abc.az. Dövlət Məşğulluq Agentliyi tenderin qalibini elan edib.

ABC.AZ xəbər verir ki, kompüter və digər texniki avadanlıqların satın alınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib.

Açıq tenderin qalibi "B2B GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Dövlət Məşğulluq Agentliyi qalibə 914 min 927 manat ödəyəcək.

 

Bütün xəbərlər