Kaxa Kaladze Bakıya gəlir

11:43 - 13.07.2021


13 iyul, Fineko/abc.az. Tiflis şəhərinin meri Kaxa Kaladze bu gün Bakıya rəsmi səfər edəcək.

ABC.AZ xəbər verir ki, bu barədə Tiflis bələdiyyəsinin Mətbuat xidməti məlumat yayıb.

K.Kaladzenin Azərbaycana rəsmi səfəri çərçivəsində Tiflis və Bakının qardaşlaşması barədə memorandum imzalanacaq.

Bundan əlavə, Kaladzenin iki günlük səfəri zamanı yüksək vəzifəli şəxslərlə görüşü planlaşdırılır.

 

Bütün xəbərlər