“BTR” MMC-nin simsiz rabitə (LTE) texnologiyasını istifadəyə verir.

12:51 - 29.03.2018


“Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) Bakı ətrafı və dənizkənarı ərazilərdə son nəsil simsiz rabitə (LTE-Long Term Evolution) texnologiyasını istifadəyə verir.

İlkin mərhələdə rabitə infrastrukturunun məhdudolduğu ərazilərdə əhalinin geniş zolaqlı telekommunikasiya xidmətləri ilə təmin edilməsinə başlanılıb.

“Baktelecom” tərəfindən mərhələli şəkildə bir sıra paytaxt ətrafı kəndlərdə və yaşayış massivlərində yeni stansiyalar qurulur.Layihə çərçivəsində “LTE” şəbəkəsinin baza stansiyalarının sayı daha da artırılacaq ki, bu da yay mövsümünə qədərqeyd olunan ərazilərdə sakinlərintelekommunikasiya xidmətləri ilə təminatına imkan yaradacaq.

 “LTE” şəbəkəsinin əhatə dairəsinə daxil olan zonalarda telefon, internet və digər multimedia xidmətlərinə qoşulmaq istəyən vətəndaşlar texnologiyanı dəstəkləyən cihazları əldə etməlidir. 

Qeyd edək ki, IP texnologiyaları əsasında çalışan LTE  texnologiyası məlumatların yüksək sürətlə ötürülməsi və məhdud infrastrukturlu ərazilərin çevik şəkildə telekommunikasiya xidmətləri ilə təmin edilməsi kimi üstünlüklərə malikdir.


 
Bütün xəbərlər