Yaponiyada Azərbaycan ticarət evi olacaq

14:42 - 13.07.2021


13 iyul, Fineko/abc.az. Yaponiyada Azərbaycanın ticarət evi açılacaq.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) ABC.AZ-a verilən məlumata görə, bunu Fondun rəhbəri Yusif Abdullayevlə görüşü zamanı Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada deyib.

O, iki ölkənin iqtisadi tərəfdaşlığının inkişafı istiqamətləri barədə danışaraq, Yaponiyada Azərbaycan ticarət evinin təsis olunması ilə bağlı fikirlərini bildirib.

Görüşdə Azərbaycan və Yaponiya arasında qarşılıqlı investisiya və ticarətin artırılması məsələləri müzakirə olunub.

 

Bütün xəbərlər