COVID-19 sertifikatlarını bu elektron ünvanlardan ala bilərsiniz – Siyahı

15:08 - 13.07.2021


13 iyul, Fineko/abc.az. COVID-19 sertifikatları “myGov” şəxsi kabinet əsaslı elektron hökumət portalına inteqrasiya olunub.

ABC.AZ xəbər verir ki, vətəndaşlar COVID-19 immunitet və COVID-19 vaksin sertifikatlarına “myGov” portalında “Məlumatlarım” bölməsində baxa bilərlər.

Bununla yanaşı, şəxsi kabinetdə “Qurumlar üzrə” bölmədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə daxil olaraq müvafiq sertifikatlara baxmaq mümkündür.

“myGov” şəxsi kabineti üzərindən vətəndaşlara COVID-19 testinin nəticəsi, habelə vurulan birinci və ikinci dozanın tarixləri haqqında da bildirişlərin göndərilməsinə başlanılıb. 

İmmunitet sertifikatı son 6 ay ərzində yoluxmuş şəxslərə verilir. Vaksin sertifikatı isə birinci və ikinci doza vaksini vuran vətəndaşlara təqdim olunur.

“myGov” mobil tətbiqini aşağıdaki linklərdən yükləmək mümkündür:

"Android": https://play.google.com/store/apps/details?id=az.gov.my

"iOS": https://apps.apple.com/az/app/mygov/id1533956540

 

Bütün xəbərlər