330x110
 

Tv-lərdə reytinq bundan somra belə ölçüləcək – Detallar

13.07.2021,16:25


13 iyul, Fineko/abc.az. Azərbaycan–Türkiyə Birgə Media Platforması çərçivəsində “Televiziya reytinqlərinin ölçülməsi sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi” mövzusunda tədbir təşkil olunub.

ABC.AZ xəbər verir ki, tədbirişi giriş sözü ilə açan Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov tədbir iştirakçılarını və qonaqları salamlayıb, Azərbaycan – Türkiyə Birgə Media Platforması çərçivəsində keçirilən tədbirlərin davamı kimi bu tədbirin xüsusi önəmini vurğulayıb.

O bildirib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da audiovizual industriyanın inkişafının baza şərtlərindən biri keyfiyyətli və mötəbər televiziya izləmə reytinqlərinin ölçülməsidir.

Azərbaycanda bu sahədə olan mövcud problemlərin teleradio reklam bazarının zəif inkişaf etməsinə gətirib çıxardığı vurğulanıb.

Son illərdə bu sahədə inamlı addımlar atmış Türkiyə teleradio sahəsi və orada mövcud reytinq ölçmə sistemi Azərbaycanda da maraqla öyrənilir.

Şura sədri qeyd edib ki, TİAK nümayəndələrinin Bakı şəhərində belə bir təqdimat keçirməsi və Azərbaycanda Türkiyə təcrübəsinin müzakirəsi xüsusi əhəmiyyət daşıyır.