Azərbaycanda elektrik enerji sahəsinin yeni tənzimlənmə mexanizmi daxil ediləcək

16:33 - 16.10.2017


Azərbaycan Respublikasının energetika nazirinin müavini Gülməmməd Cavadov ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) nümayəndələrini qəbul edib.

Nazir müavini Gülməmməd Cavadov görüş gedişatında bildirib ki, Azərbaycanda kommunal xidmətlərin inkişafına yönəldilmiş  strateji yol xəritəsinin prioritetli istiqamətlərindən biri, sektorun effektiv tənzimlənmə  mexanizminin yaradılmasıdır.

“Bununla bağlı, “Azərbaycanın elektrik enerjisi bazarı haqqında” qanun layihəsinin USAID ilə birgə işlənib hazırlaması sahəsində işləri sürətləndirmək lazımdır. Layihənin ilkin variantı artıq nazirlikdə müzakirə edilib və bəzi düzəlişlərə ehtiyac vardır”, - deyə nazir müavini qeyd edib.

Öz növbəsində, USAID-in Azərbaycan üzrə missiyasının direktoru Mikaela Meredis bildirdi ki, USAID strateji yol xəritəsində əks edilmiş ölçülərin reallaşdırılması üçün lazımi dəstəyi göstərməyə hazırdır.

Görüşün sonunda, Nazirliyin qanun layihəsi ilə bağlı yekun rəyinin on gün müddətində verilməsi haqqında qərar qəbul edilmişdir.

Bütün xəbərlər