Tovuzda qadın koronavirusa yoluxdu - Bağça bağlandı

16:01 - 14.07.2021


14 iyul, Fineko/abc.az. Tovuz rayonunun Aşağı Quşçu kəndindəki 1 saylı Körpələr evinin fəaliyyəti müvəqqəti dayandırılıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, buna həmin müəssisədə tərbiyəçi işləyən qadının koronavirusa tutulması səbəb olub.

Qeyd edək ki, həmin şəxs vaksin olunmasına baxmayaraq, COVİD-19-a yoluxub.

 

Bütün xəbərlər