Azərbaycanda COVİD-19 yoluxma hallarının gündəlik artımı – Statistika

16:47 - 14.07.2021


14 iyul, Fineko/abc.az. Azərbaycanda sutka ərzində 146 yeni yoluxma halı aşkarlanıb. Ötən gün isə 133 yoluxma halı haqqında bildirilmişdir.

Nazirlər Kabineti yanında operativ qərargahının məlumatında deyilir ki, bu günə qədər Azərbaycanda koronavirus infeksiyasına 337602 yoluxma halı aşkarlanıb.

Bir gün ərzində 73 nəfər müalicə olunaraq evə buraxılmışdır. Koronavirus infeksiyasından sağalanların ümumi sayı 330946 nəfər təşkil edir.

Sutka ərzində Azərbaycanda koronavirusdan ölən olmayıb, COVİD-19 qurbanlarının ümumi sayı isə 4988 nəfər təşkil edib.

Koronavirus infeksiyasının yeni hallarının aşkarlanması üçün gün ərzində 9046 test keçirilib, pandemiya başlandığı dövrdən isə cəmi 3 876 962 test edilmişdir. 

 


Bütün xəbərlər