Şəhərlərarası gecə reysləri bərpa olunur – Bu gündən

11:29 - 15.07.2021


15 iyul, Fineko/abc.az. Bu gündən etibarən şəhərlərarası (rayonlararası) sərnişindaşıma üzrə gecə reysləri bərpa edilir.

Dövlət Avtomobil Nəqliyyat Xidmətindən ABC.AZ-a verilən məlumata görə, bu gündən etibarən sərnişinlər bərpa olunan gecə reysləri üzrə Qırmızı Körpü və Şəki istiqamətində səfər edə biləcək.

Qeyd edək ki, Qırmızı Körpü istiqamətinə gecə reysləri dörd marşrut xətti üzrə, Şəki istiqamətinə isə iki marşrut xətti üzrə hərəkətdə olacaq.

 

Bütün xəbərlər