Sahibkarların problemləri müzakirə olundu - Nazirlik səviyyəsinə

12:29 - 15.07.2021


15 iyul, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarların vergi qanunvericiliyinin tətbiqi və inzibatçılıqla bağlı qarşılaşdıqları çətinliklərin öyrənilməsi, onların aradan qaldırılması məqsədilə biznes assosiasiyaları ilə görüşləri davam etdirir.

Qurumdan ABC.AZ-a verilən məlumata görə, növbəti belə görüş "Azərbaycan Banklar Assosiyasiyası" (ABA) İctimai Birliyi ilə onlayn formatda keçirilib.

Tədbirdə maliyyə institutlarının fiziki və hüquqi şəxslərə xidmət göstərən zaman yerli normativ hüquqi aktların, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan, ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməsi məqsədilə təqdim olunması nəzərdə tutulan məlumat formalarının doldurulması və göndərilməsi prosesində yaranan çətinliklər dinlənilib və müvafiq izahatlar verilib.

 

Bütün xəbərlər