Azərbaycanda avtomobil istehsalı azalıb ya artıb? - Hesabat

14:59 - 15.07.2021


15 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsi bir sıra göstəricilər üzrə bu ilin 6 ayının hesabatını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, statistik hesablamalara əsasən, bu ilin yanvar-iyun aylarında Azərbaycan 795 minik avtomobili istehsal olunub.

Müqayisə üçün qeyd edək ki, bu ötən ilin analoji dövrünə nisbətən 9% və ya 78 vahid azdır. Təkcə may ayında 142 avtomobil buraxılıb ki, bu da aprel ayı ilə müqayisədə 3 vahid çoxdur. İyulun 1-nə hazır məhsul ehtiyatı 144-də bərabərdir.

Müəllif: Elmir Murad

Bütün xəbərlər