Azərbaycan və İran bank sektorunda və Xəzər dənizində yataqların birgə işlənməsində əməkdaşlıq qururlar

16:41 - 29.03.2018


29 mart, Fineko/abc.az. Azərbaycan və İran irəlidəki əməkdaşlığın istiqamətlərini müəyyən etdilər.

Bakıda keçirilən Azərbaycan-İran biznes forumun gedişatında Azərbaycan prezidenti İlham Əliyev deyib ki, öz həllini gözləyən məsələlərdən biri, bank və maliyyə sektorunda əməkdaşlıqdır.

“Dünən artıq müvafiq tapşırıqlar verilib və mən əminəm ki, növbəti görüşə qədər bu məsələ öz həllini tapacaq”, - dövlət başçısı belə deyib.

İlham Əliyev həmçinin qeyd edib ki, növbəti mərhələdə, gündəliyə, energetika sahəsində və ticarət dövriyyəsinin artırılmasında birgə fəaliyyət məsələləri qoyulub.

“Biz dünən Xəzər dənizindəki yataq bloklarının inkişafı sahəsində əməkdaşlıq haqqında memorandum imzaladıq və bu qərar tarixi əhəmiyyət kəsb eidr”, - dövlət başçısı belə deyib.

 

Bütün xəbərlər