Azərbaycan internetin sürətinə görə 122-ci yerdədir

10:12 - 16.07.2021


16 iyul, Fineko/abc.az. Bu ili iyun ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə dünya ölkələri arasında 3 pillə irəliləyərək 122-ci yerdə qərarlaşıb.

ABC.AZ-ın məlumatına görə, ötən ay ölkədə sabit genişzolaqlı internetin orta sürəti 25,59 MB/S olub.

Hesabatda qeyd edilir ki, ölkəmiz mobil internetin sürətinə görə də 2 pillə irəliləyib və 37,11 MB/S sürətlə 66-cı pillədə qərarlaşıb.

Sabit genişzolaqlı internetin sürəti ilə bağlı siyahıda 181 ölkənin adı var.

Birinci yerdə Monako (260,74 MB/S), sonuncu yerdə isə Türkmənistan (4,49 MB/S) qərarlaşıb.

 

Bütün xəbərlər