Avtobuslardan istifadə edənlər azalıb

12:19 - 16.07.2021


16 iyul, Fineko/abc.az. Bu ilin birinci yarısında Azərbaycanda avtobuslarla 495 196,5 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, bu da illik müqayisədə 17,5% az deməkdir.

2020-ci ilin yanvar-iyun aylarında avtobus nəqliyyatı ilə 600 199,6 min sərnişin daşınmışdı.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər