İlham Əliyev Beynəlxalq Memarlar İttifaqının rəhbəri Tomas Vonyeni qəbul etdi

16:59 - 29.03.2018


29 mart, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Beynəlxalq Memarlar İttifaqının rəhbəri Tomas Vonyenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı Tomas Vonye bildirib ki, səfərinin əsas məqsədi Bakıda keçiriləcək Beynəlxalq Memarlar İttifaqının Bürosunun iclasında iştirak etməkdir.

“Bakı - çox gözəl şəhərdir, mən ilk dəfədir ki, buradayam və gördüklərimə heyran olmuşam. Bakı Bulvarı və şəhər işıqlandırılması xüsusi gözəlliyə malikdir və bu inkişaf prosesi təcrübə mübadiləsi baxımından maraqlıdır”, - T.Vonye belə deyib.

Beynəlxalq Memarlar İttifaqının nümayəndə heyətinin Bakıya səfərinin əhəmiyyətindən danışan dövlət başçısı, ölkəmizlə tanış olmaq üçün, eləcə də şəhərin inkişafı haqqında rəyin öyənilməsi üçün yaxşı şəraitin olduğunu qeyd edib.

 


Bütün xəbərlər