Mənzil bazarında qiymətlər bahalaşıb

14:25 - 16.07.2021


16 iyul, Fineko/abc.az.  Bu ilin II rübündə Azərbaycanın mənzil bazarında qiymət indeksi açıqlanıb.

ABC.AZ xəbər verir ki, indeks Dövlət Statistika Komitəsinin hesabatında öz əksini tapıb.

Hesabatda qeyd olunub ki, Azərbaycanın mənzil bazarında qiymət indeksi əvvəlki rüblə müqayisədə 100,9%, o cümlədən ilkin mənzil bazarı üzrə 101,6%, təkrar mənzil bazarı üzrə isə 100,9% təşkil edib.  Qeyd olunub ki, ötən ilin analoji rübü ilə müqayisədə mənzil bazarında qiymət indeksi 102,8%, o cümlədən ilkin mənzil bazarı üzrə 102,7%, təkrar mənzil bazarı üzrə isə 102,8% təşkil edib.

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın mənzil bazarında ötən ilin analoji dövrü ilə müqayisədə 2,4%-lik bahalaşma qeydə alınıb, o cümlədən ilkin mənzil bazarında qiymətlər 2%, təkrar mənzil bazarı üzrə isə 2,4% artıb.

Bütün xəbərlər