Azərbaycan və Rusiya gömrükçüləri sərhəd-keçid məntəqələrində buraxılışın müntəzəmliyi barədə protokol imzalayıblar

17:18 - 29.03.2018


29 mart, Fineko/abc.az. Xaçmaz Gömrük İdarəsinin rəisi Azər Məmmədov və Dağıstan Gömrük İdarəsinin rəisi Ruslan Yəhyayev bu gün  “Samur” sərhəd-keçid məntəqəsində görüşdülər.

Dövlət Gömrük Komitəsinin məlumatında deyilir ki, işçi görüş əsnasında  tərəflər qarşılıqlı münasibətlərin səviyyəsindən məmnuniyyət hissi bildiriblər.

“Tərəflər ilkin məlumat mübadiləsi, yük nəqliyyat vasitələrinin sərhədkeçmə prosesinin sinxronlaşdırılması sahələrdə əməkdaşlığın inkişafının zərurətini qeyd ediblər, xüsusilə, kənd təsərrüfati məhsullarinin sərhədkeçmə prosesinin sürətli həyata keçirilməsi, həmçinin, sərhədkeçmə prosesində yaranan problemlərin operativ şəkildə aradan qaldırılması məsələlərini müzakirə ediblər”, - məlumatda belə deyilir.

Görüşün yekununda Azərbaycan Respublikası və Rusiya Federasiyası arasındakı sərhəd-keçid məntəqələrində buraxılışın müntəzəmliyinin təmin edilməsinə dair işçi protokolu imzalanıb.

 

Bütün xəbərlər