Bakıdan Naxçıvana işləyəcək avtobusların biletlərinin qiyməti açıqlanıb

16:05 - 16.07.2021


16 iyul, Fineko/abc.az. Bakıdan Naxçıvana və geriyə avtobuslar ilkin olaraq ancaq səhər saatlarında işləyəcək.

ABC.AZ xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bildirilib.

Məlumata görə, sərnişinlər bu gündən sabah saat 09:00 reysinə, eləcə də növbəti günlərə bilet əldə edə bilərlər.

Biletin qiyməti 30 manat, 5-10 yaş arası uşaqlar üçün isə 50% güzəşt olmaqla 15 manat təşkil edir.

Gömrük keçid məntəqəsində sərnişinlərdən "Covid-19" testi götürüləcək. Bu testlər Azərbaycan vətəndaşları üçün pulsuzdur.

 

Bütün xəbərlər