“Ağ Saray” qaydaları pozub - AQTA tədbir görməyə başladı

17:04 - 16.07.2021


16 iyul, Fineko/abc.az. 15 iyul 2021-ci il tarixində Bərdə rayonu, Kətəlparaq kəndi ərazisində fəaliyyət göstərən fiziki şəxs Səlimov Xəyyam Arif oğluna məxsus “Ağ Saray” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.

Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) ABC.AZ-a verilən məlumata görə, həmin məkanda müvafiq portaldan (“icaze.e-gov.az”) rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu müəyyən olunub.

Həmçinin, şadlıq evinin sahibi ilə toy sahibi arasında müvafiq iltizamnamə bağlanılmadığı aşkarlanıb. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Eyni zamanda ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.

 

Bütün xəbərlər