Bakıya yeni vaqonlar gətirildi - Köhnələrin yerinə xəttə buraxılacaq

12:02 - 17.07.2021


17 iyul, Fineko/abc.az. İyirmi yeni vaqon “Nərimanov” elektrik deposuna gətirilib.

ABC.AZ-ın məlumatına görə, iyun ayının sonuncu iki günü ərzində iki tərkibdə olmaqla, Rusiyanın “Metrovaqonmaş” müəssisəsindən Bakıya yola salınmış hər biri 5 vaqondan ibarət olan 4 yeni qatar “Nərimanov” elektrik deposuna gətirilib.

2019-cu ildə bağlanmış müqaviləyə uyğun olaraq, vaqonlar “Bakı Metropoliteni” QSC-nin sifarişi və texniki şərtlərinə uyğun istehsal olunub. İnnovasiyalar baxımından ən müasir - 4-cü nəslə məxsus 81-765. B81-/766. B modelli vaqonlardan ibarət qatarlar istismar müddətini başa vuracaq qatarların əvəzinə xəttə buraxılacaq.

 

Bütün xəbərlər