Azərbaycanın ət idxalı da azalıb

14:18 - 17.07.2021


17 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycana idxal olunan ətin həcmi açıqlanıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, sözügedən dövrdə 31 milyon 884  min dollar dəyərində 18 min 308 ton ət idxal edilib.

Müqayisə üçün qeys edək ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən müvafiq olaraq dəyər ifadəsində 30,6%, həcm göstəricisi üzrə isə 28,7% azdır.

Bütün xəbərlər