Gürcüstanda bir gündə yoluxmadan 18 nəfər öldü

11:54 - 22.07.2021


22 iyul, Fineko/abc.az. Gürcüstanda son 24 saat ərzində 2261 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, mövcud virusdan müalicə alan pasiyentlərdən 1410 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 395621 nəfərə çatıb.

Onlardan 369483 nəfəri isə tam olaraq sağalıb.

Bu gün virusdan 18 nəfərin ölməsi ilə bərabər ümumilikdə 5636 nəfər həyatını itirib.

 

Bütün xəbərlər