Böyük şirkət Azərbaycandakı nümayəndəliyini bağladı

15:59 - 22.07.2021


22 iyul, Fineko/abc.az. “Chevron BTC Pipeline” şirkəti Azərbaycandakı nümayəndəliyinin ləğv edildiyini elan edib.

ABC.AZ xəbər verir ki, bu barədə şirkətin məlumatında bildirilir.

““Chevron BTC Pipeline” şirkətinin ləğvi ilə əlaqədar kreditorların tələbləri iki ay ərzində Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 11, mənzil 28, 29, 30 ünvanında qəbul olunur”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, hazırda “Chevron” Azərbaycanda heç bir layihədə iştirak etmir.Bundan əvvəl şirkət “Azəri”, “Çıraq” və “Dərinsulu Günəşli” yataqlarının işlənməsi və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri layihələrinin səhmdarı olub.

 

Bütün xəbərlər