Naftalanda Sanatoriyanın açılışı oldu – Prezident tədbirə qatıldı

17:01 - 22.07.2021


22 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Naftalana səfər edib.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı Naftalan Mərkəzi Sanatoriyasının açılış mərasimində iştirak edib.

İ.Əliyevə sanatoriya haqqında məlumat verilib.

Bildirilib ki, köhnə avtovağzal binası sökülərək yerində 2014-cü ilin may ayında Naftalan Mərkəzi Sanatoriyasının inşasına başlanıb. Sanatoriya kompleksində tikinti işləri 2021-ci ilin yanvar ayında başa çatdırılıb.

 

Bütün xəbərlər