Prezident: 25 min insan üçün status yaratmaq hansı məntiqə sığır?

10:15 - 23.07.2021


23 iyul, Fineko/abc.az. "Bizim tarixi torpağımızda Dağlıq Qarabağ Muxtar Vilayətini yaratmaq, bir kəndi - Xankəndini, hansı ki, kənd idi, onu oranın mərkəzi etmək və cəllad Şaumyanın adını vermək Azərbaycan xalqına qarşı çox mənfi bir addım idi. Bizim üçün təhqir idi."

ABC.AZ. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev AZTV-yə müsahibəsində bildirib.

Dövlət başçısı qeyd edib ki, tarix hər şeyi yerinə qoyub. “Ancaq statusa gəldikdə, bu gün orada 25 min adam yaşayır. Orada gedən proseslərlə bağlı bizim məlumatımız kifayət qədərdir. Biz əvvəllər də, müharibədən əvvəl də bilirdik orada nələr baş verir. Orada yaşayanların real sayı 25 mindir. Başqa rəqəmlər də səsləndirilib ki, müharibədən sonra oraya 50 mindən çox adam qayıdıb, ola bilər, ancaq qayıdan o demək deyil ki, orada qalır. Qayıdıb, sonra çıxıb gedib, geri dönüb. İkincisi, bizim müxtəlif texniki vasitələrimiz, peykimiz var. Biz oradakı maşınların sayını bilirik. Biz insanların hərəkətini görürük. Necə deyərlər, digər obyektiv vasitələr var ki, onları əsas götürüb, dəqiq bilirik orada nə qədər adam yaşayır - 25 min maksimum. 25 min insan üçün status yaratmaq hansı məntiqə sığır?”

 

Bütün xəbərlər