330x110
 

“Veysəloğlu” şirkətlər qrupu Gürcüstanda şirkət təsis etdi

30.03.2018,12:02


30 mart, Fineko/abc.az. “Veysəloğlu” şirkətlər qrupu ölkədən kənardakı  fəaliyyətini genişləndirir.

“Veysəloğlu” şirkətinin biznesin inkişafı üzrə baş direktoru İlqar Nurinin jurnalistlərə verdiyi məlumatına görə, "VG" şirkəti (Veysəloğlu Gürcüstan) 2011-ci ildən fəaliyyət göstərir.

“VG” şirkəti” Gürcüstan qanunvericiliyinə uyğun olaraq yaradılmışdır. Bu şirkətin məqsədi, “Ulduz” fabrikinin məhsullarının və bütövlükdə Made in Azerbaijan brendinin Gürcüstan bazarında təşviq edilməsidir. “Veysəloğlu”nun gündəmində hazırda ölkə xaricində yeni bir şirkət qurma məsələsi olmasa da, bu məsələ perspektivli inkişaf planına daxildir”, - İ.Nuri belə deyib.

 

 

Açar sözlər: Veysəloğlu