330x110
 

Prezident Daşkəsəndə məktəb binasının tikintisinə pul ayırdı

23.07.2021,14:31


23 iyul, Fineko/abc.az. Daşkəsən şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən , Daşkəsən şəhərində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat  ayrıldı.