Daha iki rayonda yolların təmirinə pul ayrıldı - Sərəncam

14:49 - 23.07.2021


23 iyul, Fineko/abc.az. Prezident İlham Əliyev Naftalan şəhəri və Goranboy rayonu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən , Naftalan şəhərində avtomobil yollarının əsaslı təmiri üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 milyon manat , digər Sərəncama əsasən isə Goranboy rayonunun

14 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Dəliməmmədli–Düzqışlaq–Bağçakürd–Dəyirmanlar–Azad–Nizami avtomobil yolunun tikintisinə  3 milyon manat ayrıldı.

 

Bütün xəbərlər